Bayden prezidentliyinin 100 günü ilə bağlı planlarından danışdı

Bayden prezidentliyinin 100 günü ilə bağlı planlarından danışdı ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Bayden bildirib ki, ölkə başçısı vəzifəsində ilk 100 günü koronavirusla mübarizəyə və miqrasiya sahəsində islahata həsr edəcək.
Digər ölkələr
25 Noyabr , 2020 08:29
Bayden prezidentliyinin 100 günü ilə bağlı planlarından danışdı
Co Bayden
0 : 00
0 : 00

ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Bayden bildirib ki, ölkə başçısı vəzifəsində ilk 100 günü koronavirusla mübarizəyə və miqrasiya sahəsində islahata həsr edəcək.

Bu barədə “Report” NBC-yə istinadən xəbər verir.

"Mən Senata immiqrantlar haqqında qanunu göndərəcəyəm, hansı ki, qeydiyyatda olmayan 11 milyon insanın vətəndaşlıq almasına yol açacaq", - Bayden telekanala müsahibəsində deyib.

O, bildirib ki, ABŞ-ın hazırkı prezidenti Donald Trampın bəzi fərmanlarını ləğv etmək niyyətindədir. Baydenin fikrincə, bu fərmanlardan bəziləri iqlimə və insanların sağlamlığına zərər vurub.

Son xəbərlər

Orphus sistemi