Cozef Bayden Pentaqon rəhbərliyi ilə görüşəcək

Cozef Bayden Pentaqon rəhbərliyi ilə görüşəcək ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü - fevralın 10-da ABŞ-ın Müdafiə Nazirliyinə baş çəkmək niyyətindədir.
Digər ölkələr
9 Fevral , 2021 00:33
Cozef Bayden Pentaqon rəhbərliyi ilə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü - fevralın 10-da Birləşmiş Ştatların Müdafiə Nazirliyinə baş çəkmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbi keçirdiyi brifinqdə bildirib.

"Qarşıda bizi gərgin həftə gözləyir. Çərşənbə günü Ali Baş komandanın - prezident Baydenin səfərini gözləyirik", - Kirbi deyib.

"Prezident nazirliyin rəhbərliyi ilə görüşəcək, həmçinin onun əməkdaşları qarşısında çıxış edəcək. Mən söhbətin nədən getdiyini dəqiq deyə bilmərəm", - Kirbi əlavə edib.

Son xəbərlər

Orphus sistemi