Bayden Obamanı Trampla səhv saldı

Bayden Obamanı Trampla səhv saldı ABŞ prezidenti Cozef Bayden keçmiş həmkarları Barak Obama ilə Donald Trampı səhv salıb.
Digər ölkələr
29 İyul , 2021 08:52
Bayden Obamanı Trampla səhv saldı
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden keçmiş həmkarları Barak Obama ilə Donald Trampı səhv salıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Belə ki, Bayden “C-SPAN” televiziya kanalı tərəfindən yayımlanan Pensilvaniyadakı çıxışı zamanı, 2009-cu ildə Prezident Tramp ona avtomobil sənayesindəki böhranı həll etmək barədə tapşırıq verdiyini söyləyib.

“Bağışlayın... Mən vitse-prezident olduğum zaman prezident Obama idi” deyə, Bayden dərhal səhvini düzəldib.

Barak Obama, 2009-cu ildən 2017-ci ilə qədər ABŞ-ın prezidenti, Bayden isə o zaman vitse-prezident vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi