Bayden Makronla Ukraynadakı müharibəni müzakirə edəcək

Bayden Makronla Ukraynadakı müharibəni müzakirə edəcək ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makronu dekabrın 1-də Ağ Evdə qəbul edəcək.
Digər ölkələr
26 Sentyabr , 2022 23:00
Bayden Makronla Ukraynadakı müharibəni müzakirə edəcək

ABŞ Prezidenti Cozef Bayden dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makronla Ağ Evdəki görüşündə Ukraynadakı müharibəni müzakirə edəcək.

“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer keçirdiyi brifinqdə bildirib.

"Biz Fransa ilə Ukraynadakı müharibə də daxil olmaqla bütün qlobal məsələlərlə bağlı sıx əməkdaşlıq edirik. Bayden Makronu yaxın və dəyərli tərəfdaş hesab edir və onunla bir sıra mühüm məsələləri, o cümlədən Rusiyanın təcavüzünü müzakirə edəcək", - Jan-Pier vurğulayıb.

Son xəbərlər

Orphus sistemi