Bayden Kuba hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqinə söz verib

Bayden Kuba hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqinə söz verib ABŞ prezidenti Cozef Bayden rəsmi Vaşinqtonun dövlət əleyhinə çıxışların iştirakçılarına qarşı hərəkətlərinə görə Kuba hakimiyyəti ilə bağlı sanksiyaları genişləndirəcəyini istisna etməyib.
Digər ölkələr
112
31 İyul , 2021 08:48
Bayden Kuba hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqinə söz verib
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden rəsmi Vaşinqtonun dövlət əleyhinə çıxışların iştirakçılarına qarşı hərəkətlərinə görə Kuba hakimiyyəti ilə bağlı sanksiyaları genişləndirəcəyini istisna etməyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Əgər Kubada hansısa radikal dəyişikliklər olmasa, onlar (sanksiyalar - red) daha çox olacaq”, - Ağ Ev rəhbəri ABŞ-da Kuba diasporunun nümayəndələri ilə görüşdə Birləşmiş Ştatların Havanaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi barədə suala cavabında deyib.

Dövlət başçısı bununla yanaşı qeyd edib ki, Kubada radikal dəyişikliklərin baş verəcəyini gözləmir.

Bayden əlavə edib ki, onun administrasiyası “rejimin vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər” barəsində sanksiyalar tətbiq etməyə davam etmək niyyətindədir. ABŞ rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar Kuba xalqına ölkə rejiminə qarşı fikrini bildirmək və təzyiqi gücləndirmək üçün dəstək naminə müvafiq hərəkətlərə təşəbbüs göstərir.

ABŞ lideri bildirib ki, Dövlət Departamentinə və Maliyyə Nazirliyinə bir ay ərzində "Kuba xalqına göndərilən pul axınının maksimuma çatdırılması" ilə bağlı tövsiyələr hazırlamağı tapşırıb. Eyni zamanda, Bayden əlavə edib ki, ABŞ kubalıların internetə çıxışını təmin etmək və senzuradan qaçması üçün əlindən gələni edir.

Son xəbərlər

Orphus sistemi