ABŞ Prezidenti Cozef Bayden İsveçin yaxın gələcəkdə Şimali Atlantika Alyansına daxil olacağını proqnozlaşdırır.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
ABŞ lideri Kolorado Sprinqsdə çıxışı zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumu ilə ittifaqı pozmağa cəhd etməsinə baxmayaraq, NATO güclənir. Bu, xüsusən Finlandiyanın və tezliklə İsveçin qəbulu ilə gücləndirilir.
"Bu baş verəcək, sizə söz verirəm", - Bayden deyib.
Qeyd edək ki, Macarıstan və Türkiyə İsveçin NATO-ya üzv olmaq təklifini ratifikasiya etmir. Ankara ölkəni terrora dəstək verməkdə ittiham edir, Türkiyə terrorçu təşkilatların üzvlərinin Stokholmda gizləndiyini bildirir.