Bayden Hindistanın Baş naziri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Bayden Hindistanın Baş naziri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib ABŞ Prezidenti Cozef Bayden Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəsini müzakirə edib.
Digər ölkələr
23 iyun 2023 04:37
Bayden Hindistanın Baş naziri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni müzakirə edib.

“Report” xəbər verir ki, Bayden bu barədə tviterdəki hesabında yazıb.

“Baş nazir Modi ilə görüşümüz zamanı Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin törətdiyi humanitar faciəni yumşaltmaq üçün birgə səylərimizi müzakirə etdik.

Eləcə də BMT Nizamnaməsinin əsas prinsiplərini - suverenliyi və ərazi bütövlüyünün müdafiəsini müzakirə etdik”, - Bayden sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, bu səfərlə Hindistan və ABŞ necə əməkdaşlıq etdiklərini və hər sahədə irəliləyişə nail olduqlarını bir daha nümayiş etdirib.

“Nəticəmiz sadədir: biz istəyirik ki, hər yerdə insanların ləyaqətlə yaşamaq imkanı olsun”, - Bayden vurğulayıb.

Qeyd edək ki, Hindistanın Baş naziri ABŞ Prezidenti ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib.

Son xəbərlər

Orphus sistemi