Bayden G7 sammiti çərçivəsində Papa ilə Ukrayna və Qəzzadakı münaqişələri müzakirə edib

Bayden G7 sammiti çərçivəsində Papa ilə Ukrayna və Qəzzadakı münaqişələri müzakirə edib ABŞ Prezidenti Cozef Bayden Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Roma Papası Fransisklə görüşündə Ukrayna və Qəzza zolağındakı münaqişələri müzakirə edib.
Digər ölkələr
15 İyun , 2024 04:41
Bayden G7 sammiti çərçivəsində Papa ilə Ukrayna və Qəzzadakı münaqişələri müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Roma Papası Fransisklə görüşündə Ukrayna və Qəzza zolağındakı münaqişələri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

“Liderlər təcili atəşkəs və girovların azad edilməsi, eləcə də Qəzzada kritik humanitar böhranın həlli üçün razılaşmanın zəruriliyini vurğulayıblar”, –bəyanatda deyilib. Amerika lideri həmçinin Vatikanın Rusiya Ukraynaya hərbi təcavüzünün “humanitar nəticələrini aradan qaldırmaq” səylərinə görə pontifikə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi