Bayden Floydun ölümü ilə bağlı ittiham aktını ədalətli adlandırıb

Bayden Floydun ölümü ilə bağlı ittiham aktını ədalətli adlandırıb ABŞ prezidenti Cozef Bayden afroamerikalı Corc Floydun ailəsinə zəng vurub
Digər ölkələr
146
21 Aprel , 2021 02:58
Bayden Floydun ölümü ilə bağlı ittiham aktını ədalətli adlandırıb
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden afroamerikalı Corc Floydun ailəsinə zəng vurub. ABŞ rəhbəri afroamerikalının ölümü haqqında iş üzrə ittiham hökmünü ədalətli və əhəmiyyətli adlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, tərəflərin söhbətini Floyd ailəsinin vəkili Ben Kramp tvitterdə paylaşıb.

"Bütün bunları heç nə tamamilə düzəldə bilməz, amma bu heç olmasa hansısa bir ədalətdir", - Amerika lideri hökm haqqında danışarkən deyib. "Bu çox əhəmiyyətlidir", - o əlavə edib. Bayden ölkədə polisin işinin islah edilməsi haqqında da danışıb. "Biz hələ çox şey etməliyik, biz çox şey edəcəyik", - Ağ Ev rəhbəri vurğulayıb.

Daha əvvəl Minneapolisdə (Minnesota ştatı) məhkəmə Corc Floydun qətlində ittiham olunan sabiq polis əməkdaşı Derek Şovini təqsirkar bilib.

Rezonans təhqiqat martın 8-də başlayıb. Şovin ötən ilin 25 mayında Corc Floydun yaxalanması zamanı boğucu üsul tətbiq edib. Afroamerikalı bundan sonra tezliklə ölüb. Mayın 26-da Şovin və üç polis əməkdaşı işdən çıxarılıblar. Floydun ölümü ABŞ-da kütləvi aksiyalara səbəb olub.

Son xəbərlər

Orphus sistemi