Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb

Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb ABŞ Prezidenti Cozef Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb.
Digər ölkələr
12 İyul , 2022 03:20
Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, Prezident Bayden Konqresin Senatına ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvini ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

İndi Senatın müvafiq komitəsi dinləmələr üçün vaxt təyin etməlidir, bu zaman K. Kvin qanunvericilərin suallarını cavablandırmalı olacaq. Bir müddət sonra yuxarı palata onun ABŞ-ın İrəvandakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizədliyinin təsdiqinə səs verəcək.

Cari ilin ortalarına qədər ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili olub. Müxtəlif vaxtlarda ABŞ-ın Banqkok, London, Moskva, Brüsseldəki səfirliklərində çalışan diplomat Ağ Evin Milli Təhlükəsizlik Şurasında Aİ, Ukrayna və Belarus üzrə direktor olub.

Son xəbərlər

Orphus sistemi