Bayden dörd ştatda praymerizin qalibidir

Bayden dörd ştatda praymerizin qalibidir ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Virciniya praymerizinin qalibi olub.
Digər ölkələr
158
4 Mart , 2020 06:20
Bayden dörd ştatda praymerizin qalibidir
Co Bayden

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Virciniya praymerizinin qalibi olub.

“Report” xəbər verir ki, dairələrin 99%-nin nəticələrinə görə, Bayden seçicilərin 54,4%-nin səsini qazanıb.

İkinci yerdə 23% səslə senator Berni Sander qərarlaşıb. Digər demokratların heç biri 15% səs toplaya bilməyib.

ABŞ-ın aparıcı KİV-lərinin, o cümlədən "CNN", "ABC", "NBC" və "The New York Times"ın proqnozlarına görə, Bayden Şimali Karolina, Alabama və Tennessi ştatında qalib gəlir. Medianın hesablamalarına görə, Bayden 30% -dən çox səs toplayıb. Rəsmi məlumat bir müddət sonra açıqlanacaq. 

Bundan öncə ABŞ-ın keçmiş vitse-prezident Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Cənubi Karolina praymerizinin qalibi olub.

Qeyd edək ki, 2008-ci və 2016-cı illərdən fərqli olaraq bu dəfə Demokratlar Partiyası seçicilərə daha geniş seçim imkanı təqdim edib. Ona görə də bu il üst-üstə düşdüyü “od çərşənbəsi” ilə mahiyyətcə də bənzər tərəfləri olan “superçərşənbə”dən sonra qələbə ehtimalının az olduğu ortaya çıxan namizədlər yarışdan çəkilə bilər. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi