Bayden: Çin hərbi sahədə dünya hökmranlığına can atır

Bayden: Çin hərbi sahədə dünya hökmranlığına can atır Çin rəhbəri Si Çinpin ölkəsini 2040-cı illərin ortalarına qədər dünyanın ən qüdrətli hərbi gücünə çevirmək istəyir.
Digər ölkələr
28 İyul , 2021 05:30
Bayden: Çin hərbi sahədə dünya hökmranlığına can atır
Si Çinpin və Cozef Bayden

Çin rəhbəri Si Çinpin ölkəsini 2040-cı illərin ortalarına qədər dünyanın ən qüdrətli hərbi gücünə çevirmək istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktoru aparatının heyəti qarşısında çıxış edən Birləşmiş Ştatlar prezidenti Cozef Bayden bildirib.

Amerika liderinin sözlərinə görə, o, Çin Xalq Respublikasının rəhbəri ilə hamıdan çox vaxt keçirib.

“O, (Si Çinpin - red.) tam ciddi olaraq, 40-cı illərin ortalarında ölkəsini dünyanın ən qüvvətli hərbi gücünə, dünyanın ən böyük iqtisadiyyatına çevrilməyə köklənib. Bu, reallıqdır”, - Bayden deyib.

Son xəbərlər

Orphus sistemi