Bayden Cənubi Karolina praymerizinin qalibi oldu

Bayden Cənubi Karolina praymerizinin qalibi oldu ABŞ-ın keçmiş vitse-prezident Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Cənubi Karolina praymerizinin qalibi olub.
Digər ölkələr
124
1 Mart , 2020 10:57
Bayden Cənubi Karolina praymerizinin qalibi oldu

ABŞ-ın keçmiş vitse-prezident Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Cənubi Karolina praymerizinin qalibi olub.

“Report” “The New York Times” nəşrinə istinadən xəbər verir ki, dairələrin 100%-nin nəticələrinə görə, Bayden seçicilərin 48,8%-nin səsini qazanıb.

İkinci yerdə 19,9% səslə senator Berni Sander, üçüncü yerdə isə milyarder və filantrop Tom Steyer (11,3%) qərarlaşıb.

Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç seciçilərin 8,2 %, digər senator Elizabet Uorren isə 7,1 % səsini toplayıb.

Qeyd edək ki, ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan milyarder Tom Steyer artıq seçkiqabağı yarışı tərk edib.

Son xəbərlər

Orphus sistemi