Bayden administrasiyası ABŞ-da cinayətkarlıqla mübarizə üçün 10 milyard dollar ayırıb

Bayden administrasiyası ABŞ-da cinayətkarlıqla mübarizə üçün 10 milyard dollar ayırıb Bayden administrasiyası ölkədə ictimai təhlükəsizliyi təmin etmək üçün 10 milyard dollar ayıracaq.
Digər ölkələr
13 May , 2022 20:38
Bayden administrasiyası ABŞ-da cinayətkarlıqla mübarizə üçün 10 milyard dollar ayırıb
Cozef Bayden

Bayden administrasiyası ölkədə ictimai təhlükəsizliyi təmin etmək üçün 10 milyard dollar ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Bəyanata görə, vəsait 2021-ci ilin iyununda təsdiq edilmiş ölkədə cinayətkarlıqla mübarizə strategiyasına uyğun olaraq ayrılır. Onlar ölkə prezidentinin qətiyyətli addım atmaq çağırışına cavab verən ştat administrasiyalarının və yerli hakimiyyət orqanlarının ehtiyaclarına istiqamətlənəcək.

Təsdiq olunmuş tədbirlərə polisin saxlanması üçün xərclərin artırılması, yeni iş yerlərinin açılması və cinayətlərin qarşısının alınmasına kömək edəcək təhsil və iqtisadi proqramların genişləndirilməsi daxildir.

Ağ Evin məlumatında qeyd edilib ki, Bayden şəhər merləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşərkən də cinayətkarlıqla mübarizə problemini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi