Bayden ABŞ-da daxili terrorla mübarizəyə çağırıb

Bayden ABŞ-da daxili terrorla mübarizəyə çağırıb ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkun Buffalo şəhərindəki supermarketdə törədilən qətliamdan sonra bəyanat yayıb.
Digər ölkələr
15 May , 2022 11:18
Bayden ABŞ-da daxili terrorla mübarizəyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkun Buffalo şəhərindəki supermarketdə törədilən qətliamdan sonra bəyanat yayıb.

"Report" xəbər verir ki, Bayden hadisəni daxili terror aktı adlandırıb.

"İrqi nifrət cinayətləri millətimizin özü üçün iyrəncdir.Nifrətdən qaynaqlanan daxili terrorizmə son qoymaq üçün əlimizdən gələni edin”, - Amerika lideri bildirib.

Xatırladaq ki, mayın 14-də 18 yaşlı Peyton Gendron supermarketin ərazisində atəş açıb. İlkin məlumatlara görə, 10 nəfər ölüb, daha 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi