Batumidə polis və etirazçılar arasında toqquşma olub, 22 nəfər yaralanıb

Batumidə polis və etirazçılar arasında toqquşma olub, 22 nəfər yaralanıb Hadisə 6 sürücünün polis tərəfindən saxlanmasından sonra baş verib
Digər ölkələr
12 Mart , 2017 10:12
Batumidə polis və etirazçılar arasında toqquşma olub, 22 nəfər yaralanıb

Bakı. 12 mart. REPORT.AZ/ Batuminin (Gürcüstan) polis idarəsi qarşısında polis və etirazçılar arasında baş verən qarşıdurma nəticəsində 22 nəfər, o cümlədən 6 polis xəsarət alıb.

"Report" xəbər verir ki, yüzlərlə insanın iştirakı ilə keçirilən aksiyada haqlı olduğunu bildirərək cərimə ödəməkdən imtina etdiyi üçün saxlanılan 6 sürücünün azad olunması tələbi irəli sürülüb.

Qarşıdurma zamanı asayiş keşikçiləri güc tətbiq edib. Bundan əlavə, daha 4 yerli sakin saxlanılıb.

Daha sonra Gürcüstanın daxili işlər nazirinin göstərişi ilə saxlanılan sürücülər azad edilib. Lakin bildirilib ki, onlar qanun pozuntusuna görə məhkəmə qarşısında cavab verəcəklər.

Məsələyə Gürcüstan prezidenti Georgi Marqvelaşvili də münasibət bildirib və aksiyaçıları ölkə qanunlarına riayət etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi