Baş qərargah: Rusiya Suriyaya "S-300" komplekslərinin tədarükü məsələsinə qayıtmağa hazırdır

Baş qərargah: Rusiya Suriyaya "S-300" komplekslərinin tədarükü məsələsinə qayıtmağa hazırdır Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya tərəfi Suriyaya S-300 zenit-raket sistemlərinin tədarükünün mümkünlüyü məsələsinə qayıda bilər.
Digər ölkələr
14 Aprel , 2018 14:40
Baş qərargah: Rusiya Suriyaya S-300 komplekslərinin tədarükü məsələsinə qayıtmağa hazırdır

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya tərəfi Suriyaya "S-300" zenit-raket sistemlərinin tədarükünün mümkünlüyü məsələsinə qayıda bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskoy bildirib.

"Bir neçə il əvvəl Qərb tərəfdaşlarımızdan bəzilərinin xahişini nəzərə alaraq Suriyaya "S-300" zenit-raket sistemlərinin tədarükündən imtina etmişdik. Başverənləri nəzərə alaraq, bu məsələyə dönə biləcəyimizi hesab edirəm. Özü də yalnız Suriya yox, həm də digər ölkələrlə bağlı", - S.Rudskoy deyib.

Qeyd edək ki, dünən gecə ABŞ Dumada kimyəvi silahdan istifadə iddiasının cavabında Suriya ərazilərinə raket zərbəsi endirib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

Son xəbərlər

Orphus sistemi