Baş prokuror: "Genuyada körpünün çökməsi nəticəsində 20 nəfərin itkin düşdüyü güman olunur"

Baş prokuror: "Genuyada körpünün çökməsi nəticəsində 20 nəfərin itkin düşdüyü güman olunur" Bakı. 16 avqust. REPORT.AZ/ İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində itkin düşən insanların sayı 20 nəfərə qədər arta bilər.
Digər ölkələr
16 Avqust , 2018 16:54
Baş prokuror: Genuyada körpünün çökməsi nəticəsində 20 nəfərin itkin düşdüyü güman olunur

Bakı. 16 avqust. REPORT.AZ/ İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində itkin düşən insanların sayı 20 nəfərə qədər arta bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin baş prokuroru Françesko Kotsi bildirib.

Onun sözlərinə görə, körpünün çökməsi təsadüf yox, həmin ərazinin bərbad vəziyyətdə olmasının nəticəsidir. F.Kotsi vurğulayıb ki, hadisə yalnız insanların günahı ucbatından baş verib. 

Xatırladaq ki, avqustun 14-də Genuyada avtoban üzərindəki körpünün 200 metrlik hissəsi anbar obyektləri və dəmir yolu xətlərinin üzərinə çöküb. Hadisə zamanı körpüdə 30-dan çox avtomobil olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi