Baş nazir: "Karaçidəki terroru Hindistan törədib"

Baş nazir: "Karaçidəki terroru Hindistan törədib" Pakistanın baş naziri İmran Xan Karaçidə Fond Birjasının binasına hücuma görə Hindistanın xüsusi xidmət orqanlarını ittiham edib.
Digər ölkələr
30 İyun , 2020 16:37
Baş nazir: Karaçidəki terroru Hindistan törədib

Pakistanın baş naziri İmran Xan Karaçidə Fond Birjasının binasına hücuma görə Hindistanın xüsusi xidmət orqanlarını ittiham edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

“Bunu Hindistanın törətdiyinə heç bir şübhə yoxdur”, - İmran Xan bildirib.

Qeyd edək ki, iyunun 29-da Pakistanda Fond Birjasının binasına terrorçuların hücumu nəticəsində 7 nəfər ölüb.

İmran Xan Hindistanı Cammu və Kəşmirə başqa regionlardan 25 min nəfərin gətirilməsinə görə də ittiham edib. Pakistan hökumətinin başçısı rəsmi Dehlinin regionda demoqrafik şəraiti dəyişməyə cəhd göstərdiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi