​Baş nazir: "Törətdiyi əməllərindən peşman olan radikal yaraqlılara Avstraliyada heç bir güzəşt olmayacaq"

​Baş nazir: "Törətdiyi əməllərindən peşman olan radikal yaraqlılara Avstraliyada heç bir güzəşt olmayacaq" Ebbott: "Cinayət - cinayətdir"
Digər ölkələr
19 May , 2015 11:07
​Baş nazir: Törətdiyi əməllərindən peşman olan radikal yaraqlılara Avstraliyada heç bir güzəşt olmayacaq

Bakı. 19 may. REPORT.AZ/ Avstraliyanın baş naziri Toni Ebbott bildirib ki, ölkənin dövlət orqanları xaricdə radikal qruplaşmalara qoşulan, daha sonra peşman olaraq evlərinə qayıtmaq istəyən avstraliyalılara heç bir güzəşt etməyəcək. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Bununla o, Suriyada döyüşən 3 avstraliyalının ölkəyə qayıtmaq niyyətində olduğuna dair məlumata cavab verib. 

Onlardan birinin nümayəndəsi bildirib ki, onun müştərisinin "cihad" ümidləri boşa çıxıb və o, digərlərinə də radikallıqdan geri çəkilməyə köməklik edə bilər. 

Lakin Ebbott xəbərdarlıq edib ki, geri qayıtmaq istəyən hər kəs həbs olunaraq, mühakimə olunacaq. "Cinayət - cinayətdir", - baş nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi