Yuxarı

Baş katib: "Böyük Britaniya NATO-nun güclü tərəfdaşı olaraq qalacaq"

Alyans Aİ ilə sıx əməkdaşlığa sadiqdir

Bakı. 24 iyun. REPORT.AZ/ NATO baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Avropa İttifaqından çıxışı ilə bağlı qərarına manasibət bildirib.

"Report" xəbər verir ki, Y.Stoltenberq yaydığı bəyanatda bu qərarın Böyük Britaniya və Aİ arasındakı münasibətlərdə növbəti mərhələ olduğunu qeyd edib. "Lakin bilirəm ki, onların NATO-ya qarşı mövqeyi dəyişməz qalacaq", - deyə baş katib vurğulayıb.

Onun sözlərinə görə, Böyük Britaniya NATO-nun güclü və sadiq tərəfdaşı olaraq qalacaq.

"Alyans Aİ ilə sıx əməkdaşlığa sadiqdir. Varşava sammitində bu əməkdaşlığın səviyyəsini daha da yüksəldəcəyik", - deyə Y.Stoltenberq bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi