Yuxarı
    Bağlamaq

    Baş katib: "ABŞ-ın maliyyələşdirməni azaltması BMT islahatlarını sarsıda bilər"

    Antoniu Quterriş: Münaqişələrin qarşısının alınması və həlli üzrə fəaliyyətin maliyyələşdirilməsi zəruridir

    Bakı. 17 mart. REPORT.AZ/ BMT baş katibi Antoniu Quterriş rəsmi Vaşinqtonun təşkilatı maliyyələşdirməni kəskin azaltmasının BMT-nin islahatlar üzrə səylərini və terrorla mübarizə fəaliyyətini sarsıda biləcəyindən ehtiyatlanır.

    "Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibinin dərc edilən bəyanatında deyilir.

    BMT başçısı ABŞ və başqa ölkələrlə təşkilatın daha rentabelli fəaliyyət göstərməsinə necə nail olmağın yolları barədə müzakirələr aparmağa hazır olduğunu bildirib.

    A.Quterriş bu gün terrorun əsas səbəblərinin aradan qaldırılmasının son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb: "Bu isə o deməkdir ki, münaqişələrin qarşısının alınması və həlli üzrə fəaliyyətin, zorakı ekstremizmə qarşı mübarizənin, sülhün, sabitliyin və davamlı inkişafın dəstəklənməsinin, insan hüquqlarına riayət edilməsinin və humanitar böhranlara vaxtında cavab verilməsinin maliyyələşdirilməsi zəruridir".

    "Beynəlxalq ictimaiyyət böyük problemlərlə üzləşir. Onların öhdəsindən yalnız güclü və təsirli çoxtərəfli sistemin vasitəsilə gəlmək olar. BMT belə sistemlərin əsas dayağıdır", - bəyanatda deyilir.

    Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ büdcəsindən BMT-nin maliyyələşdirilməsini 40% azaldacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi