Yuxarı
    Bağlamaq

    Barselonanın meri Kataloniyanın İspaniyadan ayrılmasına qarşı çıxıb

    Ada Kolau: “Oktyabrın 1-də alınan nəticə Kataloniyanın İspaniyadan ayırlaraq, müstəqilliyini elan etməsinə əsas ola bilməz”© ATLAS/ ALBERT GARCIA — Barselona şəhərinn meri Ada Kolau

    Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Əyalətinin paytaxtı Barselona şəhərinn meri Ada Kolau bölgənin Madriddən ayrılaraq müstəqil olmasını dəstəkləmədiyini açıqlayıb.

    “Report” “El Pais”ə istinadən xəbər verir ki, şəhər meri bununla bağlı açıqlama yayıb.

    “Oktyabrın 1-də alınan nəticə Kataloniyanın İspaniyadan ayırlaraq, müstəqilliyini elan etməsinə əsas ola bilməz”, - A.Kolau vurğulayıb.

    Onun sözlərinə görə, İspaniya demokratik idarəetməyə keçəndən sonra Kataloniyada baş verənlər ən ciddi institutsional böhrandır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi