Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşı xəsarət alıb

Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşı xəsarət alıb ​Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşları xəsarət alıb
Digər ölkələr
18 Avqust , 2017 03:56
Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşı xəsarət alıb

Bakı. 18 avqust. REPORT.AZ/ Barselonada törədilmiş terror aktında 18 ölkənin vətəndaşı xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Clarín" və "El Comercio" qəzetlərinin məlumatına görə, terror aktı nəticəsində Argentinanın 2, Perunun 1 vətəndaşı xəsarət alıb.

"Clarín"in verdiyi xəbərdə bildirilir ki, yaralı Argentina vətəndaşı hazırda xəstəxanadadır. Bu ölkənin hadisə zamanı xəsarət almış ikinci vətəndaşı isə tibbi yardım aldıqdan sonra müalicə müəssisəsini tərk edib. 

Perunun Barselonadakı konsulu Franka Desa "El Comercio" qəzetinə bildirib ki, terror aktı zamanı xəsarət almış həmvətəninin yarası yüngüldür və o artıq xəstəxanadan buraxılıb. 

Son xəbərlər

Orphus sistemi