Barselonada təyyarə yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb - VİDEO

Barselonada təyyarə yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb - VİDEO Bakı. 8 dekabr. REPORT.AZ/ İspaniyanın Barselona əyalətinin Badiya-del-Valyes bələdiyyəsində göyərtəsində iki nəfərin olduğu yüngül təyyarə yanacaqdoldurma məntəqəsinin binası üzərinə düşüb.
Digər ölkələr
8 Dekabr , 2018 06:50
Barselonada təyyarə yanacaqdoldurma məntəqəsinin üzərinə düşüb - VİDEO

Bakı. 8 dekabr. REPORT.AZ/ İspaniyanın Barselona əyalətinin Badiya-del-Valyes bələdiyyəsində göyərtəsində iki nəfərin olduğu yüngül təyyarə yanacaqdoldurma məntəqəsinin binası üzərinə düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "təcili yardım" xidmətinə istinadən "LaVanguardia" qəzeti yazıb.

Hadisə nəticəsində təyyarədə olan hər iki nəfər ölüb. Qəza yerinə yanğınsöndürən və "təcili yardım" maşınları göndərilib.

Təyyarə Sabadelya hava limanına eniş etməli imiş.

Bundan əvvəl Yaponiyada ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub.

Son xəbərlər

Orphus sistemi