Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü azadlıqdadır

Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü azadlıqdadır Hadisəni törədən terrorçulardan bir neçəsi zərərsizləşdirilib
Digər ölkələr
18 Avqust , 2017 06:25
Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü azadlıqdadır

Bakı. 18 avqust. REPORT.AZ/ Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 119 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "El Pais" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qeyd edək ki, bundan əvvəlki məlumatda 100 nəfərin xəsarət aldığı bildirilirdi. Lakin hakimiyyət orqanları yaralananların sayının artacağını qeyd edirdilər.

Avqustun 17-də naməlum sürücü avtomobili Barselonada, Rambla küçəsində piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

"El Pais"in məlumatına görə, polis terror aktını törətmiş şəxslərdən ikisini saxlayıb. Atışma zamanı daha bir terrorçu öldürülüb. Lakin hadisəni törədən sürücü hələ tapılmayıb.

Son xəbərlər

Orphus sistemi