Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var

Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var İlkin məlumata görə, maşının əyləc sistemi işləməyib
Digər ölkələr
12 Aprel , 2018 21:55
Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var

Bakı. 12 aprel. REPORT.AZ/ İspaniyanın Barselona şəhərinin mərkəzində sürücü bilmədən yük maşınını insanların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İnsanları vuran yük maşını sonda ağaca çırpılaraq dayanıb. Nəticədə 7 nəfər yüngül xəsarət alıb. Onların arasında sürücünün özü də var.

İlkin məlumata görə, maşının əyləc sistemi işləməyib.

Son xəbərlər

Orphus sistemi