Barselonada etirazçılarla polis arasında toqquşmalar zamanı 46 nəfər xəsarət alıb - YENİLƏNİB

Barselonada etirazçılarla polis arasında toqquşmalar zamanı 46 nəfər xəsarət alıb - YENİLƏNİB Barselonada eyniadlı komanda ilə Real Madrid komandası arasında futbol matçının keçirildiyi Kamp Nou stadionu yaxınlığında Kataloniyanın müstəqilliyinin tərəfdarları ilə polis əməkdaşları arasındakı toqquşmalar zamanı ən azı 46 nəfər xəsarət alıb.
Digər ölkələr
19 Dekabr , 2019 04:54
Barselonada etirazçılarla polis arasında toqquşmalar zamanı 46 nəfər xəsarət alıb - YENİLƏNİB

Barselonada eyniadlı komanda ilə "Real Madrid" komandası arasında futbol matçının keçirildiyi "Kamp Nou" stadionu yaxınlığında Kataloniyanın müstəqilliyinin tərəfdarları ilə polis əməkdaşları arasındakı toqquşmalar zamanı ən azı 46 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "El Periódico" qəzeti bildirib.

Qəzetin məlumatına görə, toqquşmalarla əlaqədar 9 nəfər şəhər polisi tərəfindən həbs edilib.

Qeyd edək ki, etirazçılar stadionun ətrafındakı küçələrdə zibil konteynerlərindən və yol nişanlarından ibarət barrikadalar qurub, polisə müxtəlif əşyalar, o cümlədən bankalar, butulkalar atıblar.

Polis radikallara dəyənəklər və rezin güllələrlə cavab verib. "La Sexta" telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.


***00:47

"Real Madrid" və "Barselona" futbol komandaları arasında "Kamp Nou" stadionunda keçirilən matç zamanı Kataloniya radikalları ilə polis arasında toqquşmalar baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, radikallar stadionun ətrafındakı küçələrdə zibil konteynerlərindən və yol nişanlarından ibarət barrikadalar qurub, polisə müxtəlif əşyalar, o cümlədən bankalar, butulkalar atıblar. 

Polis radikallara dəyənəklər və rezin güllələrlə cavab verib. "La Sexta" telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Məlumata görə, toqquşmalarda azı bir nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi