Barselonada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 40-a çatıb - YENİLƏNİB

Barselonada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 40-a çatıb - YENİLƏNİB Bakı. 20 noyabr. REPORT.AZ/ Barselona yaxınlığında dəmir yol qəzası nəticəsində xəsarət alanların sayı 40 nəfərədək artıb.
Digər ölkələr
20 Noyabr , 2018 12:10
Barselonada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 40-a çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 20 noyabr. REPORT.AZ/ Barselona yaxınlığında dəmir yol qəzası nəticəsində xəsarət alanların sayı 40 nəfərədək artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniya Fövqəladə Hallar Xidmətindən bildirilib.


***11:35

Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"El Nacional" qəzetinin Katalonya hökumətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım maşını və 14 xilasetmə qrupu gəlib.

Kataloniya Regional Mülki Müdafiə İdarəsi "Twitter" səhifəsində qatarın relsdən çıxmasının torpaq sürüşməsi ilə bağlı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi