Barselonada terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə, yaralıların sayı 32-ə çatıb - VİDEO - YENİLƏNİB-2

Barselonada terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə, yaralıların sayı 32-ə çatıb - VİDEO - YENİLƏNİB-2 Bölgədə bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb
Digər ölkələr
17 Avqust , 2017 21:14
Barselonada terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə, yaralıların sayı 32-ə çatıb - VİDEO - YENİLƏNİB-2

Bakı. 17 avqust. REPORT.AZ/ Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 32 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Kataloniya polisi özünün "Twitter" səhifəsində yazıb.

Polis həmçinin hadisənin terror aktı olduğunu bildirib. Qeyd edək ki, terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərdir.  


***20:50

İspaniyanın Barselona şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 20 nəfər yaralanıb. 


*** 19:40

Bakı. 17 avqust. REPORT.AZ/ İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb və 20 nəfər yaralanıb. 

Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunur. 

İspaniya polisi hadisənin terror aktı olduğunu açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi