Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirilib - FOTO

Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirilib - FOTO Bu, Driss Oukabir adlı şəxsdir
Digər ölkələr
17 Avqust , 2017 21:44
Barselonada avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirilib - FOTO

Bakı. 17 avqust. REPORT.AZ/ Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib.

"Report"un məlumatına görə, bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Qeyd edək ki, o, Barselona şəhərində mikroavtobusu kütlənin üzərinə sürüb. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.

Son xəbərlər

Orphus sistemi