Bakı. 9 noyabr. REPORT.AZ/ Barselonada avtomobilin izdihama çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin Qrasia məhəlləsində içərisində orta yaşlı ailə cütlüyü olan avtomobil idarəetməni itirərək piyadaları əzib.
Xəstəxanaya yerləşdirilən xəsarət alanlar arasında 10 yaşlı qızın vəziyyəti daha ciddidir. Polisin ehtimalına görə, avtomobilin sürücüsü kəskin ürək-tənəffüs çatışmazlığa tutulubmuş.