"Barış pınarı" zonasına girməyə çalışan PKK terrorçuları məhv edilib

"Barış pınarı" zonasına girməyə çalışan PKK terrorçuları məhv edilib Türkiyənin Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG (PKK terror təşkilatının Suriya qanadı) silahlı qrupunu zərərsizləşdirib
Digər ölkələr
27 Mart , 2021 06:49
 Barış pınarı zonasına girməyə çalışan PKK terrorçuları məhv edilib

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG (PKK terror təşkilatının Suriya qanadı) silahlı qrupunu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, PKK/YPG terrorçuları Türkiyə hərbçilərinin mövqelərinə atəş açıblar. Terrorçular bununla yanaşı, "Barış pınarı" əməliyyatı zonasına girməyə çalışıblar. Xüsusi təyinatlı qüvvələrin cavab tədbirləri nəticəsində beş terrorçu zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi