Bakı. 7 mart. REPORT.AZ/ Ağ evin Təhlükəsizlik Xidməti Cənub çəmənliyində güclü səs-küy səbəbindən həyəcan elan edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Barak Obama və ailəsinin orada olan vertolyota minməyə hazırlaşdığı məqamdan bir neçə dəqiqə əvvəl baş verib.
Xüsusi Xidmət agentləri jurnalistləri mətbuat konfransı zalına aparıblar və qapını bağlayıblar.
Hazırda baş verən hadisənin səbəbləri araşdırılır.