Barak Obamanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Barak Obamanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək ABŞ sentyabr ayı üçün BMT-nin Təhlükəsizlik Şurasında öz nümayəndəlik proqramını təqdim edib
Digər ölkələr
4 Sentyabr , 2014 10:24
Barak Obamanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək
Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 25-də BMT-nin Təhlükəsizlik Şurası prezident Barak Obamanın sədrliyi ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı təhlükə" adlı iclasını keçirəcək. Report xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib.

S.Pauer bildirib ki, sentyabr ayı üçün BMT-nin Təhlükəsizlik Şurasında öz nümayəndəlik proqramını təqdim edib. 

"Sentyabr ayının 25-də ən yüksək beynəlxalq səviyyədə diqqəti terrorçuların digər dövlətlərdə hərbi əməliyyatlarda iştirak etmələri ilə bağlı çox geniş yayılmış və təhlükəli vəziyyətə cəlb etmək məqsədilə prezident Obama Təhlükəsizlik Şurasının sammitini keçirəcək" - deyə, ABŞ səfiri bildirib.

O, əlavə edib ki, terrorizm üzrə iclas dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. İclasda  BMT-nin baş katibi brifinqlə çıxış edəcək.  

Samanta Pauer vurğulayıb ki, bu gün terrorçular bütün dünyada xarici dövlətlərin münaqişələrində iştirak etmək üçün cəlb olunurlar. Bu münaqişələr zamanı onlar qəddar cinayətlər törədirlər.
ABŞ səfiri qeyd edib ki, bu ay həmçinin silahlı münaqişələr şəraitində uşaqların müdafiəsinə həsr olunmuş iclas da keçiriləcək. Şura üzvləri Əfqanıstan, Liviya və Liberiyadakı vəziyyəti müzakirə edəcəklər. Samanta Pauer deyib ki, Şura İraq və Ukraynadakı vəziyyətə böyük diqqət yetirəcək və lazım gələrsə, bu məsələlərlə bağlı iclas keçirəcək. 

Sentyabr ayında ABŞ-ın daimi nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edəcək. Şuranın üzv dövlətləri bu vəzifəni əlifba sırası ilə icra edirlər. 

Son xəbərlər

Orphus sistemi