Barak Obama və xanımı Mişel memuarlarının çapı üçün müqavilə imzalayıblar

Barak Obama və xanımı Mişel memuarlarının çapı üçün müqavilə imzalayıblar Nəşriyyat keçmiş prezidentə və xanımına 65 milyon dollar ödəyəcək
Digər ölkələr
1 Mart , 2017 10:47
Barak Obama və xanımı Mişel memuarlarının çapı üçün müqavilə imzalayıblar

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obama memuarlarını çap etdirmək üçün “Penguin Random House” Nəşriyyat Evi ilə müqavilə imzalayıblar.

“Report” BBC-yə istinadən xəbər verir ki, məlumatı adıçəkilən nəşriyyat yayıb. 

“Şirkət sabiq prezident və xanımının yazacağı iki kitabın çap hüququnu qazanıb”, - deyə nəşrittatın nümayəndəsi vurğulayıb.

Müqvilənin detalları barədə əlavə məlumat verilməyib. Kitablardan birini Barak Obama, digərini isə Mişel Obama yazacaq. Kitabların adı hələlik məlum deyil.

Xəbərə görə, nəşriyyat keçmiş prezidentə və xanımına 65 milyon dollar qonarar ödəyəcək. 2004-cü ildə “Penguin Random House” daxil olan “Knopf” mətbəəsi ABŞ keçmiş prezidenti Bill Kilontona yazdığı xatirəyə görə 10 milyon dollar ödəyib. 

Son xəbərlər

Orphus sistemi