Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama martın 9-da Ağ evdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşəcək.
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Coş Ernest bildirib ki, görüşdə tərəflər Rusiyadakı hazırkı vəziyyət, iqtisadi inkişaf, Ukraynadakı durum və s. məsələləri müzakirə edəcəklər.
Onun sözlərinə görə, Aİ ABŞ-ın yaxın tərəfdaşıdır və prezident D.Tuskla Ağ evdə görüşü səbirsizliklə gözləyir: "Bu görüş ABŞ-la Aİ arasındakı əməkdaşlığın vacibliyini bir daha təsdiq edir".