​Barak Obama və Angela Merkel İraq və Ukrayna məsələlərini müzakirə ediblər

​Barak Obama və Angela Merkel İraq və Ukrayna məsələlərini müzakirə ediblər ABŞ və Almaniya sülh danışıqları prosesində səylərini artıracaqlar
Digər ölkələr
24 Aprel , 2016 18:50
​Barak Obama və Angela Merkel İraq və Ukrayna məsələlərini müzakirə ediblər

Bakı. 24 aprel. REPORT.AZ/Almaniyaya ikigünlük rəsmi səfərə gələn ABŞ prezidenti Barak Obama Hannoverdə Almaniya kansleri Angela Merkellə İraq və Ukrayna məsələlərini müzakirə ediblər. "Report"un məlumatına görə, Barak Obama ilə Angela Merkel arasındakı danışıqlarda əsas müzakirə mövzularından biri də NATO-nun İraqdakı növbəti addımları olub.

ABŞ prezidenti və Almaniya kansleri həmçinin Ukraynada yaranmış vəziyyətə dair məsləhətləşmələr aparıblar. Almaniya kansleri Hannoverdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ prezidenti ilə danışıqlarda Ukraynada nizamasalma məsələsinə toxunulub. Angela Merkel bildirib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı vəziyyət sabit deyil. ABŞ və Almaniya sülh danışıqları prosesində səylərini artıracaqlar.

"Biz Minsk razılaşmasını dəstəkləyirik və onun şərtlərinin həyata keçəcəyinə ümid bəsləyirik" - deyə Angela Merkel bildirib.. 

Son xəbərlər

Orphus sistemi