​Barak Obama Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

​Barak Obama Suriyaya qarşı sanksiyaların müddətini uzadıb Sanksiyalar daha bir il qüvvədə olacaq
Digər ölkələr
7 May , 2015 03:01
​Barak Obama Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 7 may. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin saytında, Obamanın Nümayəndələr Palatasının spikeri Con Beynerə göndərdiyi məktubda bildirilir.

"Mən vəziyyətin təhlükəli olması ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət və sanksiyaların davam etdirilməsinin zəruri olduğu qərarına gəldim", — deyə bəyanatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi