Yuxarı

Barak Obama: "Suriyada atəşkəs təhlükə altındadır"

ABŞ prezidenti: Rusiya Suriyanın dövlət strukturunun saxlanmasında çox maraqlıdır, biz də buna etiraz etmirik

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı barəsində məlumat verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, B.Obama V.Putinin zəng vurmasının məqsədinin Suriyada atəşkəsin təhlükə altında olduğunu və getdikcə dah çox kövrəkləşdiyini bildirmək olduğunu bildirib.

"ABŞ və Rusiya öz səylərini sinxronizasiya etməsə, biz yenə üç-dörd həftə əvvəlki vəziyyətə qayıda bilərik", - deyə B.Obama CBS telekanalına müsahibəsində vurğulayıb.

Obamanın fikrincə, Rusiya Suriyanın dövlət strukturunun saxlanmasında çox maraqlıdır, onlar isə buna etiraz etmir.

Qeyd edək ki, Suriyada ABŞ və Rusiyanın şərtlərini fevralın 22-də elan etdiyi atəşkəs bundan 5 gün sonra - fevralın 27-də Dəməşq vaxtı ilə 00:00-da başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi