Yuxarı

​Obama Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti bunu yarımadada nüvə materiallarının olması ilə əlaqələndirib

Bakı. 23 İyun. REPORT.AZ/ Ağ ev prezident Barak Obamanın Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzatmasına dair ABŞ Konqresinə bildiriş göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, Obama sanksiyaların uzadılmasını Koreya yarımadasında nüvə materiallarının olması və yayılma riski, həmçinin ölkə hökumətinin regionda stabilliyi pozan hərəkətləri ilə əlaqələndirib.

Onun sözlərinə görə, KXDR ABŞ və onun müttəfiqlərinin silahlı qüvvələrini və ticarət tərəfdaşlarını təhlükə altında qoyur ki, bu da ölkənin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün təhlükə yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi