Barak Obama: "Rusiya Ukraynanın işğalını və daxili işlərinə müdaxiləni davam etdirir"

Barak Obama: "Rusiya Ukraynanın işğalını və daxili işlərinə müdaxiləni davam etdirir" O, Amerika və dünyanın maraqlarının üst-üstə düşdüyünə əminliyini bildirib
Digər ölkələr
19 Yanvar , 2017 02:05
Barak Obama: Rusiya Ukraynanın işğalını və daxili işlərinə müdaxiləni davam etdirir

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya Ukraynanın işğalını, həmçinin onun daxili işlərinə müdaxiləni davam etdirir.

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib.

Obama əmin olduğunu bildirib ki, Amerikanın maraqları bütün dünyanın maraqlarına cavab verir və Birləşmiş Ştatların Rusiyaya qarşı konstruktiv münasibəti ilə uyğunluq təşkil edir.

"Prezident olaraq vəzifəmə başlayandan Rusiya prezidenti və hökuməti ilə işləməyə, onlara ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaqda kömək etməyə çalışdım. Lakin Putin prezident postuna qayıtdıqdan sonra anti-Amerika ritorikası gərginləşməyə başladı. "Amerika nə edirsə, bu, Rusiya üçün pisdir" – yanaşma bunun üzərində quruldu. Bu, Rusiya Krıma yollandıqda və Ukraynanın bir hissəsini özünə götürdükdə daha da aydın oldu. Ukraynanın suverenlik və müstəqilliyi güc yolu ilə sıxıldı. Və bu təkcə bizim fikrimiz deyil, bütün beynəlxalq ictimaiyyət belə düşünür. Lakin Rusiya Ukrayna ərazilərinin işğalını və bu ölkənin işlərinə müdaxiləni davam etdirir. Mən ruslara dedim: "Siz bunu dayandıran kimi, sanksiyalar aradan qaldırılacaq", - deyə Obama bildirib.

Son xəbərlər

Orphus sistemi