Yuxarı

​Barak Obama Ramazan ayının başlaması münasibətilə müsəlmanları təbrik edib

ABŞ prezidenti: Mişel və mən bütün dünyada oruc ibadətinə əməl edən müsəlman cəmiyyətlərinə ən xoş arzularımızı bildiririk

Bakı. 18 iyun. REPORT.AZ/ "Yeni ay bizə müqəddəs Ramazanı gətirdi. Mişel və mən bütün dünyada oruc ibadətinə əməl edən müsəlman cəmiyyətlərinə ən xoş arzularımızı bildiririk".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına ünvanladığı təbrikində bildirib.

B.Obama ABŞ-da yaşayan müsəlmanları Ağ evdə iftar yeməyində səbrsizliklə gözlədiyini vurğulayıb: "Müsəlmanlar hər gün oruc tutaraq, gecələri ibadət etməklə Ramazanı daha da şərəfləndirirlər. Ramazan inancı gücləndirmə, mərhəmət, bağışlama və çətinliklərə səbretmə ayıdır. Bu bağışlama ayında dünyadakı müsəlmanlar savaşdan, aclıqdan, yoxsulluqdan və xəstəlikdən əziyyət çəkənlərə yardım əlini uzadırlar".

B.Obama ABŞ müsəlmanlarının da dinlərarası münasibətlərə təsir edərək, ehtiyacı olanlara xidmət göstərdiklərini bildirib: "Ölkədəki dini cəmiyyətlərin müxtəlifliyi və vətən sevgisi sizlərə güc verir. Sizlər birlikdə azad ibadət edirsiniz. Ramazan ayını şöhrətləndirmək və ölkədəki amerikalı müsəlmanların xidmətini təqdir etmək üçün ABŞ-da yaşayan müsəlman amerikalıları Ağ evdə qarşılamağı və onlara iftar verməyi səbrsizliklə gözləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi