Barak Obama potensial terror təhlükəsi ilə bağlı məlumatlandırılıb

Barak Obama potensial terror təhlükəsi ilə bağlı məlumatlandırılıb Yaxın günlərdə terror aktları Nyu-York, Los-Anceles və ya Vaşinqtonda törədilə bilər
Digər ölkələr
31 Dekabr , 2015 08:46
Barak Obama potensial terror təhlükəsi ilə bağlı məlumatlandırılıb

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkə ərazisində Milad və Yeni il bayramları müddətincə terror aktlarının törədilə biləcəyi barədə xəbərlər haqda məlumatlandırılıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın təhlükəsizlik orqanları terror təhlükəsinə dair məlumatı təsdiq etməsələr də məsələ dövlət başçısına məruzə edilib.

Qeyd edək ki, CNN telekanalı yaxın günlərdə terror aktlarının törədilə biləcəyi üç böyük şəhərin adını açıqlayıb: Nyu-York, Los-Anceles və Vaşinqton.

Son xəbərlər

Orphus sistemi