Yuxarı

​Barak Obama müsəlmanların ünvanına nifrət və zorakılığı pisləyib

Bu bütün dünyanın gözündə bizim etibarımızı azaldır

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ekstremistlər tərəfindən törədilən terror aktları ilə əlaqədar müsəlmanlara yönələn nifrət və zorakılığı pisləyib.

"Report" xəbər verir ki, bunu ABŞ lideri Barak Obama Amerika Konqresi qarşısında prezident qismində son çıxışı zamanı bildirib.

"Siyasətçilər müsəlmanları təhqir edəndə, onların məscidlərini təhqir edəndə, uşaqlarını pis sözlə adlandıranda, bu bizə təhlükəsizlik gətirmir. Bu bütün dünyanın gözündə bizim etibarımızı azaldır, bu bizim ölkənin mahiyyətini ələ verir", — deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi