Barak Obama Laosa səfər edən ilk ABŞ prezidenti olub

Barak Obama Laosa səfər edən ilk ABŞ prezidenti olub O, ikitərəfli iqtisadi münasibətlərin qurulmasını müzakirə edəcək
Digər ölkələr
6 Sentyabr , 2016 05:15
Barak Obama Laosa səfər edən ilk ABŞ prezidenti olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində iştirak etmək üçün Laosun paytaxtı Vyentyana gedib və bununla da sözügedən ölkəni ziyarət edən ilk Birləşmiş Ştatlar prezidenti olub.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi "Associated Press" məlumat yayıb.

Amerika prezidentinin səfəri Laosun ABŞ tərəfindən 1964-1973-cü illərdə məxfi bombalanmasından on illiklər sonra baş tutub. Həmin vaxt ölkəyə 2 milyondan çox bomba atılıb. Bununla belə, onların 30 faizi partlamayıb və bu gün də yerli sakinlərin ölümünə səbəb olmaqdadır.

Gözlənilir ki, Obama ABŞ-ın ölkə ərazilərinin partlamamış bombalardan təmizlənməsi üzrə proqramını açıqlayacaq, həmçinin ikitərəfli iqtisadi münasibətlərin qurulmasını müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi