Barak Obama Kuba səfərinə qanunvericiləri dəvət edir

Barak Obama Kuba səfərinə qanunvericiləri dəvət edir Barak Obama hər iki partiyadan qanuvnericiləri Kuba səfərinə qatılmağa dəvət edib
Digər ölkələr
9 Mart , 2016 03:08
Barak Obama Kuba səfərinə qanunvericiləri dəvət edir

Bakı. 9 mart. REPORT.AZ/ Prezident Barak Obama hər iki partiyadan qanunvericiləri gələn həftənin sonu onunla bərabər tarixi Kuba səfərinə qatılmağa dəvət edib. Tam siyahı açıqlanmasa da, Amerikanın Səsi dəvəti aldıqlarını təsdiq edən bəzi senatorlarla danışıb.

"Report" xəbər verir ki, respublikaçı senator Ceff Fleyk "twitter" hesabında Kubaya getməyi və Konqresin bu hüququ tez bir zamanda hər bir amerikalıya tanıtmasını səbirsizliklə gözlədiyini bildirdib.

Digər bir respublikaçı Cerri Moran dəvəti iş qarifiki ilə üst-üstə düşdüyünə görə rədd edib. “Gedə bilməyəcəm,” dəyə o bildirib.

Kanzas ştatından olan bu senator uzun zamandır ABŞ kənd təsərrüfatı məhsullarının Kubaya satışını təbliğ edir. “İqitsadi əlaqələr Kuba hökumətinə hökumət və insanlar arasında münasibətdə dəyişikliklər etməsi üçün təzyiq göstərir,” deyə Moran bildirib. “Fikrimcə, iqtisadi imkanlar fərdi azadlıqlara tələbatı artırır”.

Obamanın Kuba ilə diplomatik əlaqələri bərpa etmək qərarını dəstəkləyib-dəstəkləmədiyi barədə suala, Moran “50-60 ildən sonra fərqli bir strategiyanı yoxlamaq olar,” - deyə cavab verib.

Son xəbərlər

Orphus sistemi