Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 2015-ci maliyyə ili üçün federal büdcə haqda qanun layihəsini imzalayıb.
"Report" bu barədə "BBC"yə istinadən xəbər verir.
Senat ötən həftənin sonundakı təcili iclasında 1,1 trilyon dollar həcmində büdcə layihəsini təsdiqləmişdi.
Büdcədə hərbi xərclər üçün 580 milyard dollar ayırılıb. Bu məbləğin bir hissəsi ABŞ-ın Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatları, eləcə də "İŞİD"ə aviazərbələrin endirilməsi üçün nəzərdə tutulub.