Yuxarı

Barak ​Obama dekabrın 22-dək müvəqqəti büdcə qanunu imzalayıb

Əks təqdirdə, ABŞ-ın federal idarələri maliyyə çatışmazlığından müvəqqəti bağlanmalı olacaqdı

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul olunan və dekabrın 22-dək büdcə maliyyələşdirilməsini nizamlayan qanun layihəsini imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin müvafiq bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Əgər dövlət başçısı qanun layihəsinə imza atmasaydı, ABŞ-ın bütün federal idarələri maliyyə çatışmazlığı səbəbindən müvəqqəti olaraq bağlanmaq məcburiyyətində qalacaqdı. Müddətin altı gün uzadılması danışıqlar aparmaq və 1,15 trilyon dollar məbləğində olan federal proqramlar büdcəsi üzrə saziş əldə etməyə imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi