Yuxarı

​Barak Obama: "Avropa üçün təhlükələr sonda ABŞ-a qarşı təhdidlərə çevrilir"

Avropada nə vaxt rifah hökmran olursa, bu Amerikada da rifaha imkan yaradır

Bakı. 23 aprel. REPORT.AZ/Avropanın güclü, vahid və demokratik olması ABŞ-ın maraqları daxilindədir. "Report"un məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama alman "Bild" nəşrinə müsahibəsində bildirib.

"Mən deyə bilərəm ki, ABŞ güclü, vahid və demokratik Avropada tükənməz milli marağa malikdir. Acr təcrübənin köməyi ilə biz bildik ki, Avropa üçün təhlükələr sonda Amerikaya qarşı təhdidlərə çevrilir. Avropada nə vaxt rifah hökmran olursa, bu Amerikada da rifaha imkan yaradır" - deyə Ağ Ev rəhbəri bildirib.

Obamanın sözlərinə görə, bütün dünya, o cümlədən də ABŞ çiçəklənən və güclü Avropada ehtiyac duyur. Bir halda ki, bu güc İŞİD və "Əl Qaida" kimi radikal qruplaşmalara qarşı mübarizə üçün bütün dünyaya lazımdır.

ABŞ prezidenti Almaniyanın Birləşmiş Ştatların ən yaxın müttəfiqi olduğunu vurğulayaraq, Angela Merkelin bu məsələdə xüsusi rol oynadığını diqqətə çatdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi